İlham Əliyev: "Şahdəniz” yatağında hasilatın artırılması birmənalı olaraq gündəlikdədir
Nərmin Qocamanlı
Azərbaycan qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasından sonra fəal şəkildə əlavə imkanların yaradılması haqqında düşündü.
"Operativ Media" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.
“Hazırda biz bu il yeni yataqlardan məhz hasilatı gözləyirik və mövcud “Şahdəniz” yatağında hasilatın artırılması birmənalı olaraq gündəlikdədir. Biz, həmçinin daxildə enerji səmərəliliyi haqqında düşünürük. Biz itkilərin azaldılması proqramı üzərində çalışırıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net