Menyu

Ötən ay 21 milyon dollarlıq qızıl ixrac edilib

Ötən ay 21 milyon dollarlıq qızıl ixrac edilib

Bu ilin yanvar ayında Azərbaycan 21,1 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Operativ Media  xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın fevral sayında bildirilir.

Sənədə əsasən, ay ərzində ixrac edilmiş qeyri-neft-qaz sektoruna aid malların siyahısında növbəti yerlərdə karbamid (21 milyon ABŞ dolları) və xurma (19.3 milyon ABŞ dolları) qərarlaşıb.

Xatırladaq ki, ötən ilin yanvar ayında Azərbaycanın ixrac etdiyi qeyri-neft-qaz mallarının ilk 3-lüyünə elektrik enerjisi (28,8 milyon ABŞ dolları), xurma (17,1 milyon ABŞ dolları) və pomidor (tomat, 16,6 milyon ABŞ dolları) daxil olub.

Teqlər:

"\u00d6t\u0259n ay 21 milyon dollarl\u0131q q\u0131z\u0131l ixrac edilib"

Əlaqəli Xəbərlər