Menyu

Azərbaycan və Somali arasında mümkün əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Somali arasında mümkün əməkdaşlıq müzakirə edilib

SOCAR-ın prezidenti Rövşən Nəcəf Somali Federativ Respublikasının neft və mineral sərvətlər naziri Dahir Shire Mohamed ilə görüşüb.

Bu barədə Operativ Media  SOCAR-a istinadən xəbər verir.

Görüşdə cari il fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud arasında keçirilən yüksəksəviyyəli görüşlərin ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlıq üçün əlverişli zəmin yaratdığı xüsusi vurğulanıb.

Söhbət zamanı Somalidə neft-qaz sahəsində insan kapitalının inkişafı məqsədilə somalili tələbələrin BANM-də təhsil almaları, somalili mütəxəssislərin neft-qaz sahəsində bilik və təcrübələrinin artırılması üçün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Teqlər:

"Az\u0259rbaycan v\u0259 Somali aras\u0131nda m\u00fcmk\u00fcn \u0259m\u0259kda\u015fl\u0131q m\u00fczakir\u0259 edilib"

Əlaqəli Xəbərlər