Sumqayıt Kimya Sənaye Parkının rezidenti beynəlxalq sərgidə iştirak edir
Nərmin Qocamanlı
Sənaye zonalarında istehsal edilən məhsulların ölkə xaricində tanıdılması, ixrac coğrafiyamızın genişləndirilməsi istiqamətlərində işlər uğurla davam etdirilir.
İZİA-dan Operativ Media-ya verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC (Mr. Fix) Özbəkistanın Daşkənd şəhərində keçirilən 26-cı Özbəkistan Beynəlxalq İnşaat Sərgisində (“UzBuild 2025”) öz stendi ilə təmsil olunur.
Ziyarətçilər tərəfindən maraqla qarşılanan stendə şirkət tərəfindən istehsal edilən məhsullara dair nümunələr “Made in Azerbaijan” brendi ilə sərgi iştirakçılarına nümayiş etdirilir.
Sərgiyə fevralın 27-də yekun vurulacaq.
Teqlər:
"Sumqay\u0131t Kimya S\u0259naye Park\u0131n\u0131n rezidenti beyn\u0259lxalq s\u0259rgid\u0259 i\u015ftirak edir"