Menyu

Azərbaycanda qış turizmi necə inkişaf edib?

Nərmin Qocamanlı
Azərbaycanda qış turizmi necə inkişaf edib?

Turizm dünyanın ən dinamik sahələrindən biridir. Qış turizmi də son illərdə böyük populyarlıq qazanıb. Xizək kurortları, qış festivalları turistlərin marağını cəlb edir. Son günlər ölkə ərazisində qarlı-şaxtalı hava şəraitinin müşahidə olunması qış turizminə olan marağı da artırıb.

Bəs Azərbaycanda qış turizmi necə inkişaf edib?

Məsələ ilə bağlı Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Operativ Media-ya açıqlama verib.

O bildirib ki,turizm hər fəsildə canlanması üçün bu sahədə ciddi addımlar atılmalıdır. “Biz nəinki qış və yay, hətta payız və yaz mövsümlərində də xüsusi açılış tədbirləri təşkil etməliyik. Bu dövrlərdə ölkəyə üz tutan turistlər üçün fərqli kampaniyalar həyata keçirməliyik”.

Samir Dübəndi bildib ki, Turizm mövsümdən asılı olmamalıdır: “Turizm sektoru yalnız müəyyən mövsümlərdə aktiv olmamalıdır. İllərdir bu sahədə mövsümdən asılılığı azaltmaq üçün müzakirələr aparılır. Lakin problem hələ də qalmaqdadır. Turizm sənayesi müxtəlif mövsümi təsirlərə məruz qalır və bu sektorun stabilliyini pozur. Xüsusilə hotellərin, turizm agentliklərinin, bələdçilərin, nəqliyyat sektorunun fəaliyyəti ləngiyir. Turizm yalnız yay və ya qış mövsümünə deyil, ilin bütün fəsillərinə yayılmalıdır. Bunun üçün müxtəlif turizm növləri inkişaf etdirilməlidir”.

Turizm eksperti bildirib ki, qış turizmi təkcə xizək sürməkdən ibarət deyil: "Qış turizmi deyiləndə çoxlarının ağlına yalnız xizək sürmək gəlir. Halbuki, bu sahə çoxşaxəlidir və daha geniş imkanlar təqdim edə bilər. Əgər qış turizmini inkişaf etdirmək istəyiriksə, bu sahədə tənzimləyici sənədlər hazırlanmalı, konkret strategiyalar müəyyənləşdirilməlidir. Təəssüf ki, hazırda qış turizmi ilə bağlı nə yol xəritəsi, nə də rəsmi standartlar mövcuddur.

Xizək turizmi dünyada bahalı turizm növü hesab olunur. Azərbaycanla digər ölkələri müqayisə etsək, burada qiymətlərin nisbətən daha münasib olduğunu görə bilərik. Turizm hər kəs üçün əlçatan olmalıdır. Bunun üçün büdcəyə uyğun yerləşmə vasitələri inşa edilməli, alternativ xidmətlər təqdim edilməlidir. Əgər bazarda rəqabət artsa, qiymətlər də tənzimlənəcək və daha çox insan bu imkanlardan yararlana biləcək. Hazırda isə sərt rəqabət yalnız məhdud məkanlarda yaranıb”.

Teqlər:

"Az\u0259rbaycanda q\u0131\u015f turizmi nec\u0259 inki\u015faf edib?"

Əlaqəli Xəbərlər