Menyu

Azərbaycanda sığortalanan əkinlərin sahəsi 6% artıb

Azərbaycanda sığortalanan əkinlərin sahəsi 6% artıb

Azərbaycanda aqrar sığortadan istifadə edən fermerlərin sayı artır, sığortalanan əkinlərin sahəsi genişlənir.

Aqrar Sığorta Fondundan Operativ Media-ya verilən məlumata görə, 2024-cü ildə ölkə ərazisində sığortalanan əkinlərin sahəsi 447 min hektara çatıb.

2023-cü illə müqayisədə sığortalanan əkinlərin sahəsində 25 min hektar və ya 6% artım qeydə alınıb.

Ölkə üzrə ən çox sığortalanan buğda və arpa sahələri olub. 2024-cü ilin sonuna olan vəziyyətə sığortalanmış payızlıq buğda sahələri 246 min hektar, payızlıq arpa sahələri 116 min hektar təşkil edib.

Teqlər:

"Az\u0259rbaycanda s\u0131\u011fortalanan \u0259kinl\u0259rin sah\u0259si 6% art\u0131b"

Əlaqəli Xəbərlər