Tikinti materiallarının istehsalı artıb
Bu ilin yanvar ayında ölkədə 106,1 milyon manat dəyərində tikinti materialları istehsal olunub.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
Tikinti materiallarının istehsalı üzrə göstəricilər:
Sement – 328,8 min ton (+30,7 faiz)
Sement klinkerləri – 347,8 min kubmetr (+0,6 faiz)
Sementdən, betondan kərpiclər və oxşar məmulatlar – 11,9 min ton (+35,2 faiz)
Beton – 355,4 min ton (+5,1 faiz)
Betondan yığma tikinti konstruksiyaları – 3,8 min kubmetr (+40,7 faiz)
Tikinti kərpicləri – 57,6 min kubmetr (+41,9 faiz)
Tikinti gipsi – 6,7 min ton (+45,7 faiz)
Asfalt – 2,5 min ton (+66,7 faiz)
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net