Peskov: Tramp istənilən zaman Rusiyaya gələ bilər
Əsəd Abbaslı
ABŞ Prezidenti Donald Tramp səfər razılaşdırılacağı halda istənilən zaman Rusiyaya gələ bilər.
Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri Peskov 9 may Qələbə Günü münasibətilə bayram tədbirində istənilən xarici ölkə liderini görməkdən şad olacaqlarını da söyləyib.
Eyni zamanda Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş üçün xüsusi hazırlığın aparılmasının vacib olduğunu da vurğulayıb.
Qeyd edək ki, fevralın 12-də Tramp və Putin arasında telefon danışığı olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net