Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır
Əsəd Abbaslı
Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirlərinin Tokioda görüşü planlaşdırılır.
Operativ Media “Kyodo” xəbər agentliyinə istinadən xəbər verir ki, görüş martın 22-nə planlaşdırılır.
Məlumata görə, tədbirin proqramı yekun təsdiqlənmədən keçir. Eyni zamanda Tokioda xarici işlər nazirləri və iqtisadi məsələlərə cavabdeh olan nazirlərin iştirakı ilə “Yüksək Səviyyəli Yaponiya-Çin İqtisadi Dialoqu”nun keçirilməsi də planlaşdırılır.
Xatırladaq ki, Çin, Cənubi Koreya və Yaponiya xarici işlər nazirliklərinin rəhbərləri sonuncu dəfə 2023-cü ilin noyabrında Cənubi Koreyanın Busan şəhərində görüşüblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net