Menyu

Almaniyalı nazir: Ukraynada sülhə ancaq Ukrayna və avropalılarla birlikdə nail olmaq olar

Əziz Əzizli
Almaniyalı nazir: Ukraynada sülhə ancaq Ukrayna və avropalılarla birlikdə nail olmaq olar

"Sülh yalnız Ukrayna və biz avropalılarla birlikdə əldə edilə bilər. Ukrayna üçün davamlı sülh yalnız güclü təhlükəsizlik zəmanəti və güclü mövqe ilə əldə edilə bilər".

"Operativ Media " xəbər verir ki, bunu Annalena Baerbok X platformasında Xarici İşlər Nazirliyinin hesabında verdiyi açıqlamada bildirib.

"Ukrayna sülh istəyir, biz avropalılar sülh istəyirik, amerikalılar sülh istəyir. Əgər (Rusiya prezidenti Vladimir) Putin nəhayət ki, Ukraynaya qarşı müharibəsini bitirməyə gəlibsə, bu, çoxdan gecikmiş bir addım olacaq" deyə Baerbok bidlirib.

Kremldən bu gün verilən açıqlamada Putin və Trampın 1,5 saatlıq görüş keçirdiyi bildirilib.

ABŞ prezidenti Tramp da "Truth Social" platformasında verdiyi açıqlamada Rusiya lideri ilə uzun və məhsuldar görüş keçirdiklərini və Ukraynada müharibənin sona çatması üçün Rusiya ilə danışıqlara başlamaq üçün razılaşdıqlarını bildirib.

Teqlər:

"Almaniyal\u0131 nazir: Ukraynada s\u00fclh\u0259 ancaq Ukrayna v\u0259 avropal\u0131larla birlikd\u0259 nail olmaq olar"

Əlaqəli Xəbərlər