Ana səhifə / Siyasət / Ukraynanın müdafiə naziri ABŞ-li həmkarı ilə görüşüb Ukraynanın müdafiə naziri ABŞ-li həmkarı ilə görüşüb 12.02.2025, 14:49 Əziz Əzizli Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerov ilə ABŞ-dan olan həmkarı Pit Heqset arasında görüş olub. "Operativ Media" xəbər verir ki, bu barədə Ukraynalı nazir “Facebook” hesabında yazıb. “ABŞ-nin yeni müdafiə naziri Pit Heqset ilə aramızda ilk görüş baş tutdu” – o qeyd edib. Bununla belə R. Umerov danışıqların detallarını açıqlamayıb. Qeyd edək ki, bu gün Brüsseldə Böyük Britaniyanın müdafiə naziri Con Hilinin sədrliyi ilə “Ramştayn” formatında növbəti görüş keçiriləcək.