Menyu

Netanyahu: HƏMAS girovları qaytarmasa əməliyyatları bərpa edəcəyik

Əsəd Abbaslı
Netanyahu: HƏMAS girovları qaytarmasa əməliyyatları bərpa edəcəyik

Fələstinin HƏMAS hərəkatı fevralın 15-i günortaya qədər israilli girovları azad etməsə, İsrail ordusu Qəzza zolağında intensiv döyüşləri bərpa edəcək.

Operativ Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Mənim qəbul etdiyim və Nazirlər Kabinetinin yekdilliklə təsdiqlədiyi qərar belədir: HƏMAS şənbə günü günortaya qədər girovlarımızı qaytarmasa, atəşkəs ləğv ediləcək və İsrail ordusu HƏMAS-ın tam məğlubiyyətinə qədər intensiv döyüşləri davam etdirəcək”, - o, hökumətin dörd saat davam edən iclasından sonra deyib.

Lakin Netanyahu İsrailin şənbə gününə qədər neçə girovu azad etməyi tələb etdiyini dəqiqləşdirməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər