Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - YENİLƏNİB
Əsəd Abbaslı
Somali Prezidenti Hasan Şeyx Mahmud fevralın 11-də Azərbaycana rəsmi səfərə gəlib.
Operativ Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Somali Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
16:50
Somali Prezidenti Həsən Şeyx Mahmud bu gün Azərbaycana rəsmi səfərə yola düşüb.
Operativ Media xəbər verir ki, bu barədə Somali KİV məlumat yayıb.
"Somali Prezidenti Həsən Şeyx Mahmud Azərbaycana səfərə yola düşüb. Bu səfər Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə ölkənin nümayəndə heyətinin Moqadişoya səfərindən səkkiz gün sonra baş tutub. Bu, iki ölkə arasında diplomatik əlaqələrin artdığını göstərir", - məlumatda bildirilib.
Teqlər:
"Somali Prezidenti Az\u0259rbaycana r\u0259smi s\u0259f\u0259r\u0259 g\u0259lib - YEN\u0130L\u018fN\u0130B"