Menyu

Türkmənistandan Türkiyəyə türkmən qazının nəqlini nəzərdə tutan müqavilə imzalanıb

Türkmənistandan Türkiyəyə türkmən qazının nəqlini nəzərdə tutan müqavilə imzalanıb

BOTAŞ ilə “Türkmənqaz” arasında Türkmənistan qazının Türkiyəyə nəqli ilə bağlı müqavilə imzalanıb.

Operativ Media Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar məlumat verib.

Müqaviləyə əsasən, Türkiyə türkmən qazının idxalına bu ilin martın 1-dən başlayacaq.

“Uzun illərdir üzərində çalışdığımız bu müqavilə ilə ölkəmizin və regionumuzun təbii qaz təchizatı təhlükəsizliyini güclənəcək və iki ölkə arasında strateji əməkdaşlıq daha da dərinləşəcək”,- deyə Alparslan Bayraktar qeyd edib.

Qeyd edək ki, Türkmənistandan Türkiyəyə qaz nəqli ilə bağlı müqavilə ötən ilin mart ayında Antalyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə imzalanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər