Kreml: Rusiya İrəvan-Bakı danışıqlarına kömək etməyə hazırdır
Nərmin Qocamanlı
Rusiya İrəvan və Bakı arasında danışıqlara kömək etməyə hazırdır, lakin onlar danışıqları müstəqil aparmağa qadirdirlər.
Operativ Media xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz İrəvandan müxtəlif səviyyələrdə vasitəçilərə ehtiyac olmadığına dair bəyanatlar eşitmişik. İrəvan və Bakının özləri bu danışıqları bu proses yekunlaşana qədər davam etdirməyə qadirdirlər.Rusiya Ermənistan və Azərbaycan arasında normallaşmaya kömək etməyə hazırdır, lakin eyni zamanda iki tərəfin müstəqil səylərini alqışlayacaq".
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan etmişdi ki, Ermənistan çətin ki, Azərbaycanla danışıqlarda Rusiyanın vasitəçiliyini qəbul etsin .
Teqlər:
"Kreml: Rusiya \u0130r\u0259van-Bak\u0131 dan\u0131\u015f\u0131qlar\u0131na k\u00f6m\u0259k etm\u0259y\u0259 haz\u0131rd\u0131r"