Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Əsəd Abbaslı
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.
"Bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik üzrə baş direktoru Azər Musayev və Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə baş direktoru Mehmet Samsarın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmədə iştirak etdik.
Görüşdə ikitərəfli siyasi əlaqələr və beynəlxalq təşkilatlarda əməkdaşlığın inkişafı müzakirə edildi", - səfir qeyd edib.
Teqlər:
"Az\u0259rbaycanla T\u00fcrkiy\u0259 aras\u0131nda siyasi m\u0259sl\u0259h\u0259tl\u0259\u015fm\u0259l\u0259r ke\u00e7irilib"