Menyu

Zelenski Avropa və ABŞ Kiyevi tərk etməmək şərti ilə Putinlə danışıqlara hazır olduğunu bildirib

Əsəd Abbaslı
Zelenski Avropa və ABŞ Kiyevi tərk etməmək şərti ilə Putinlə danışıqlara hazır olduğunu bildirib

Ukrayna prezidenti Volodimir Zelenski Avropa və ABŞ Kiyevi tərk etməmək şərti ilə Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna liderinin "YouTube" kanalındakı müraciətində deyilib. 

Zelenski münaqişənin 2025-ci ildə bitməsi üçün bütün imkanların olduğunu vurğulayıb.

Ukrayna lideri əlavə edib ki, ABŞ prezidenti Donald Tramp da vəziyyətin tezliklə həllini istəyir.

Onun sözlərinə görə, ABŞ və Avropanın Ukraynadan əl çəkməyəcəyi və təhlükəsizlik zəmanəti verəcəyi başa düşülsə, istənilən formatda danışıqlara hazırdır.

Zelenski qeyd edib ki, ukraynalılar münaqişə zamanı prezident seçkilərinin keçirilməsinin əleyhinədirlər. Hərbi vəziyyət dayandırılarsa, ordu itiriləcək və əsgərsiz səsvermə “vicdansızlıqdır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər