Menyu

Kreml AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı hesabatı şərh etməyib

Kreml AZAL təyyarəsinin qəzasının araşdırılması ilə bağlı hesabatı şərh etməyib

Kreml AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı araşdırılmaların ilkin nəticələrini şərh etməkdən imtina edib.

Operativ Media Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin araşdırmanın ilk nəticələrini şərh etmək xahişinə cavab olaraq araşdırmanın başa çatmasını gözləməyə çağırıb.

"Bu, ilkin hesabatdır. Əlbəttə, müvafiq qurumlarımız onu böyük, lazımi diqqətlə öyrənəcəklər. Prezident Administrasiyasından şərh verməyi mümkün hesab etmirik", - Peskov qeyd edib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər