Menyu

Türkiyə Şimali Kiprdəki sülhməramlı fəaliyyətinin uzadılmasına etiraz edib

Əsəd Abbaslı
Türkiyə Şimali Kiprdəki sülhməramlı fəaliyyətinin uzadılmasına etiraz edib

Türkiyə Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının (TŞ) Şimali Kiprdəki sülhməramlı fəaliyyətinin uzadılmasına etiraz edib.

Operativ Media xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Qeyd olunub ki, qərar qəbul edilərkən bu dəfə də Şimali Kiprin razılığı alınmayıb: “Digər tərəfdən, BMT TŞ-nin istifadə müddəti bitmiş və gündəmdən düşmüş həll modellərinə istinad məsələsində israr etməsi bizi təəssüfləndirir”.

Bildirilib ki, rəsmi Ankara Şimali Kiprin atdığı bütün addımları dəstəkləyəcək.

“Kipr məsələsinin ədalətli, qalıcı və davamlı həlli yalnız yerdəki faktlar əsasında tapıla bilər. Biz BMT TŞ-i bu reallığı qəbul etməyə və Şimali Kipr xalqının suveren hüquqlarını təsdiqləməyə çağırırıq”, - bəyanatda qeyd olunub.

Teqlər:

"T\u00fcrkiy\u0259 \u015eimali Kiprd\u0259ki s\u00fclhm\u0259raml\u0131 f\u0259aliyy\u0259tinin uzad\u0131lmas\u0131na etiraz edib"

Əlaqəli Xəbərlər