HƏMAS azad edəcəyi qadın əsgərlərin adlarını açıqlayıb
Əsəd Abbaslı
Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Qəssam Briqadaları şənbə günü daha dörd israilli girovu azad edəcəklərini bəyan edib.
"Operativ Media" xəbər verir ki, Əl-Qəssam Briqadaları şənbə günü Karina Ariyev, Daniel Gilboa, Naama Levi və Liri Elbaq adlı qadın əsgərləri azad ediləcəklər.
Fələstinin Qəzza zolağında münaqişə tərəfləri - İsrail və HƏMAS hərəkatı Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə yanvarın 19-dan 42 gün müddətinə atəşkəs haqqında razılığa gəliblər və münaqişənin yekun olaraq sona çatması istəklərini bəyan ediblər. 46 min fələstinlinin və 1500 israillinin həyatına son qoyan hərbi əməliyyatlar Livan və Yəmənə də yayılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net