Azərbaycanda balıq ovuna qoyulan qadağanın vaxtı dəyişdirilməlidirmi?
Nərmin Qocamanlı
Vətəndaşlar bildirir ki, dünyada baş verən qlobal istiləşmənin nəticəsi olaraq balıqların kürü tökmə vaxtları erkənləşib. 30 il əvvəl bu may-iyun aylarına təsadüf edirdisə, hal-hazırda mart-aprel aylarına təsadüf edir. Bu müşahidə dəfələrlə balıqçılar tərəfindən aparılıb. Lakin qadağanın may-iyun aylarında olması heç bir fayda vermir.
Bəs Azərbaycanda balıq ovuna qoyulan qadağanın vaxtı dəyişdirilməlidirmi?
"Operativ Media" xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "Ekspert Saatı"nda vətəndaşın sualını cavablandırıb.
O, bildirib ki, may ayından sentyabr ayına qədər qadağa mövcud balıqçılıq haqqında qanundan irəli gəlir:
"Bu həmin qanunda olan bir müddəadır. Bu qanunun tələbləri müvafiq mütəxəssislərin uzun illər ərzində apardığı müşahidələrin, tədqiqatların və təhlillərin nəticəsində formalaşıb. Əgər vətəndaşın əlində tutarlı faktlar varsa və bunu elmi əsaslarla sübut edə bilərsə, təbii ki, o, təşəbbüslə çıxış edə bilər müvafiq qurumların qarşısında və buna baxıla bilər. Bir daha qeyd edirəm ki, elmi əsaslarla təqdim edilməlidir. Balıqçılıq haqqında qanun 1999-cu ildə qəbul edilib və keçən müddətdə dəfələrlə müvafiq dəyişikliklərə məruz qalıb. Yəni bu, elə bir akt deyil, qanun deyil ki, ona heç bir dəyişiklik edilməyib və edilə bilməz. Yəni tutarlı əsaslar təqdim edilərsə, bu məsələyə baxıla bilər".
Teqlər:
"Az\u0259rbaycanda bal\u0131q ovuna qoyulan qada\u011fan\u0131n vaxt\u0131 d\u0259yi\u015fdirilm\u0259lidirmi?"