Tbilisidə etiraz aksiyası başlayıb
Əsəd Abbaslı
Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası başlayıb.
"Operativ Media" xəbər verir ki, mitinq iştirakçıları parlamentin yerləşdiyi Rustaveli prospektində magistral yolu bağlayıblar.
Davamlı aksiyanın 56-cı günündə nümayişçilərin tələbi dəyişməzdir. Onlar yeni seçkilərin təyin edilməsi və aksiyalar zamanı həbs olunan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.
Məlumat üçün bildirək ki, vətəndaşların etirazı baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər təxirə saldığı bəyanatından sonra başlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net