Menyu

Ötən il Energetika Nazirliyi tərəfindən 194 icazə verilib

Nərmin Qocamanlı
Ötən il Energetika Nazirliyi tərəfindən 194 icazə verilib

2024-cü il ərzində Energetika Nazirliyi tərəfindən ümumilikdə 194 icazə verilib.

Energetika Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, “İxrac nəzarəti  haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı üzrə 13, idxalı üzrə 142 və tranziti üzrə 32 icazə verilib.

İl ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə 2, ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə ilə bağlı 1, elektrik enerjisinin istehsalına 3, ixracına isə 1 icazə verilib.

Hesabat dövründə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN  xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Teqlər:

"\u00d6t\u0259n il Energetika Nazirliyi t\u0259r\u0259find\u0259n 194 icaz\u0259 verilib"

Əlaqəli Xəbərlər