Menyu

Qanunsuz saxlanılan silahlar aşkarlanaraq götürülüb

Əsəd Abbaslı
Qanunsuz saxlanılan silahlar aşkarlanaraq götürülüb

Zərdab Rayon Polis Şöbəsinə rayon ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd avtomat, həmin silaha məxsus patron darağı və 20 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 3 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Teqlər:

"Qanunsuz saxlan\u0131lan silahlar a\u015fkarlanaraq g\u00f6t\u00fcr\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər