Bu gün “planetlərin böyük paradı” müşahidə olunacaq
Yanvarın 21-də “planetlərin böyük paradı” müşahidə olunacaq.
Bu barədə "Opeativ Media"ya Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.
Qeyd edilib ki, Günəş batan kimi 6 planet - Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcəklər.
"Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars. Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.
Növbəti “planetlərin böyük paradı” fevralın 28-də olacaq", - məlumatda vurğulanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net