Xaçmazda yük avtomobilləri toqquşub, bir nəfər ölüb - YENİLƏNİB
Xaçmazda baş verən yol qəzasında xəsarət alan şəxs ölüb.
"Operativ Media" xəbər verir ki, qəzada xəsarət alan 1998-ci il təvəllüdlü Qədirov Samil Emin oğlu Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. S.Qədirov yolda vəfat edib.
***
11:46
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Operativ Media"ya bu barədə FHN Mətbuat xidmətinin məlumat verilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili ilə “Ford” markalı digər yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Ford”un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, Çiləgir kənd sakini, 1998-ci il təvəllüdlü sürücü Qədirov Samir Emin oğlunu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Teqlər:
"Xa\u00e7mazda y\u00fck avtomobill\u0259ri toqqu\u015fub bir n\u0259f\u0259r \u00f6l\u00fcb - YEN\u0130L\u018fN\u0130B"