Xəstəxanaya yerləşdirilən xalq artistinin vəziyyəti açıqlanıb
Əsəd Abbaslı
Yanvarın 10-da saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.
"Operativ Media" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.
Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.
Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.
Teqlər:
"X\u0259st\u0259xanaya yerl\u0259\u015fdiril\u0259n xalq artistinin v\u0259ziyy\u0259ti a\u00e7\u0131qlan\u0131b"