Türkiyə, Azərbaycan və Özbəkistan XİN başçıları Ankarada görüşəcək
Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan formatında görüşümüz olacaq.
"Operativ Media"nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
“10 gün sonra Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan formatında görüşümüz olacaq”, -deyə nazir bildirib.