Menyu

Çinin prezidenti Trampın andiçmə mərasimində iştirak etməyəcək

Əziz Əzizli
Çinin prezidenti Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimində Çini vitse-prezident Han Cing təmsil edəcəyi açıqlanıb.

"Operativ Media" xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, Hanın yanvarın 20-də keçiriləcək mərasimə prezident Si Cinpinin xüsusi nümayəndəsi kimi qatılacağı bildirilib.

Bəyanatda Çinin ABŞ-lə münasibətlərində “qarşılıqlı hörmət, dinc yanaşı yaşama və birgə əməkdaşlıq prinsiplərinə” sadiq qaldığı vurğulanıb.

Əlaqəli Xəbərlər