Menyu

İsrail Təhlükəsizlik Kabineti toplanacaq

Əsəd Abbaslı
İsrail Təhlükəsizlik Kabineti toplanacaq

İsrail Təhlükəsizlik Kabineti Qəzza razılaşmasını təsdiqləmək üçün toplanacaq.

Bu barədə "Operativ Media" İsrailin "Kan" dövlət teleradio şirkətinə istinadən xəbər verir.

Qeyd edilir ki, kabinetin toplantısı yanvarın 16-da səhər saatlarında baş tutacaq.

Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.

Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər