Ana səhifə / Siyasət / Birol Akgün: Azərbaycanla əməkdaşlığın hər sahədə inkişafına davam edəcəyik Birol Akgün: Azərbaycanla əməkdaşlığın hər sahədə inkişafına davam edəcəyik 13.01.2025, 21:30 Əsəd Abbaslı Türkiyə ilə Azərbaycanın “Bir millət, iki dövlət” şüarı ilə əməkdaşlığının, qardaşlığının və ittifaqının hər sahədə inkişafına davam edəcəyik. "Operativ Media" xəbər verir ki, bunu Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün “X” səhifəsində yazıb. O, həmçinin yeni təyinatı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Qeyd edək ki, B.Akgün yanvarın 11-də Azərbaycana yeni səfir təyin olunub. O, fevralda vəzifəsinin icrasına başlayacaq. Bundan əvvəl diplomat Türkiyə Maarif Fondunun sədri olub.
14.06.2026, 21:19 Pit Heqset: İranın nüvə yanacağı ABŞ-nin və ya beynəlxalq təşkilatların nəzarəti altında olacaq
14.06.2026, 21:00 Pezeşkian: İranın Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirmək qərarına gəlib