Menyu

Tramp və Putinin görüşü üçün hazırlıqlara başlanılıb

Əsəd Abbaslı
Tramp və Putinin görüşü üçün hazırlıqlara başlanılıb

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi üçün hazırlıqlar aparılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Trampın gələcək milli təhlükəsizlik müşaviri Mayk Uolts ABC telekanalına məlumat verib.

“Hazırlıqlar gedir,” - deyə Uolts bildirib və yaxın günlərdə liderlər arasında telefon danışığının baş tuta biləcəyini əlavə edib.

Jurnalistin Tramp, Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında mümkün görüş və onun formatı ilə bağlı sualını cavablandıran Uolts deyib: “Hələ dəqiq formatı müəyyən etməmişik. Lakin yaxın günlərdə və ya həftələrdə telefon danışığı olmasını gözləyirik. Bu, atacağımız ilk addım olacaq və sonra planlarımızı davam etdirəcəyik.”

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər