Menyu

Tesla ABŞ-də 240 min avtomobilini geri çağırıb

Əziz Əzizli
Tesla ABŞ-də 240 min avtomobilini geri çağırıb

Tesla-nın 2024-2025 Model 3 və Model S, 2023-2025 Model X və 2023-2025 Model Y avtomobillərinin bəziləri geri çağırılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi açıqlama verib.

Sözügedən vasitələrdə kompüterin dövrə lövhəsinin qısaqapanmasının arxa görüntü kamerasının görüntüsünün itməsinə səbəb ola biləcəyinə diqqət çəkilərək, bunun sürücünün arxa görünüşünü azaldacağı və toqquşma riskini artıracağı vurğulanıb.

Həmçinin şirkət geri çağırılmadan təsirlənən potensial avtomobil sayının 239 min 382 olduğunu və Teslanın problemi həll etmək üçün uzaqdan edilə bilən proqram yeniləməsini pulsuz olaraq yayımladığını ifadə edib.

Açıqlamada, Tesla-nın elektron lövhəsində nasazlıq olan və ya ola biləcək bütün avtomobilləri də aşkarlayacağı və bu kompüterlərin pulsuz olaraq dəyişdiriləcəyi bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər