Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.
O, söyləyib ki, Ankara prosesə müdaxilə edəcək: “Yeni dövrdə Suriya yenidən qurulacaq, infrastruktur, turizm, ticarət kimi sahələr yenidən qurulacaq. Biz bu prosesə töhfə verəcəyik. Yeni mərhələdə qonşumuz Suriyanın yanında olacağıq”.
C.Yılmaz, həmçinin Qərb dünyasını Bəşər Əsəd rejiminə qarşı vaxtı ilə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağa çağırıb: “İndi yeni Suriya, yeni mühit var. Odur ki, sanksiyaların ən qısa zamanda aradan qaldırılmasını arzulayıram”.
Vitse-prezidentin sözlərinə görə, Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılması bu ölkənin bərpasına töhfə verəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net