Azərbaycan Mərkəzi Bankı neft-qaz qiymətlərinə dair proqnozlarını açıqlayıb
Əziz Əzizli
Azərbaycan Mərkəzi Bankı bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 81,4 ABŞ dolları, gələn il isə 79,2 ABŞ dolları olacağını proqnozlaşdırır.
"Operativ Media" xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.
"Təbii qazın isə 1 000 kubmetrinin orta qiymətinin bu il 290 ABŞ dolları, gələn il isə 340 ABŞ dolları olacağını gözləyirik", - deyə o qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma