Menyu

ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib

Əsəd Abbaslı
ABŞ-ın İsraildəki səfirliyi təhlükəsizliklə bağlı xəbərdarlıq edib

ABŞ-ın İsraildəki səfirliyi İranın İsrailə hücuma hazırlaşdığı xəbərindən sonra işçilərinə və onların ailələrinə təhlükəsizlik xəbərdarlığı edib.

"Operativ Media" xəbər verir ki, Səfirlikdən edilən yazılı xəbərdarlıqda işçilərdən və onların ailələrindən mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar növbəti xəbərdarlığa qədər evdə və ya yaxınlıqdakı təhlükəsiz yerdə qalmaları istənilib.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyi İran aprel ayında İsrailə çoxsaylı pilotsuz uçuş aparatları və raketlərlə hücum etməzdən əvvəl də oxşar xəbərdarlıq etmişdi.

İsrailin Livana hücumları ilə Yaxın Şərqdə gərginliyin daha da artması ilə bağlı açıqlama verən yüksək rütbəli ABŞ rəsmisi, ABŞ-da İranın yaxın gələcəkdə İsrailə ballistik raket hücumu etməyə hazırlaşdığına dair işarələr olduğunu qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər