Rusiya Silahlı Qüvvələri Xerson vilayətində binanı vurub
Əsəd Abbaslı
Rusiya Silahlı Qüvvələri Xerson vilayətində binanı vurub.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İsgəndər” operativ-taktiki raket kompleksinin (OTRK) Xerson vilayətinə endirdiyi zərbə Ukrayna Hərbi Dəniz Qüvvələrinin 37-ci dəniz piyada briqadasının rəhbərliyindən 60-a qədər insanın ölümünə səbəb olub.
Hücum Xerson vilayətinin Velikaya Aleksandrovka kəndindəki binaya düşüb.
"Zərbə nəticəsində məhv edilib: mikroavtobus - 3 ədəd, minik avtomobilləri - 12 ədəd, 60-a qədər idarə heyəti", - hədəfin raketlə məhv edilməsi görüntülərinin şərhində qeyd edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net