Menyu

Qurban Qurbanov: "Mümkün deyil ki, Toral bunu azarkeşlərə etsin"

Əziz Əzizli
Qurban Qurbanov: "Mümkün deyil ki, Toral bunu azarkeşlərə etsin"

"Toralın nə cür jest etdiyini görmədim. Yəqin ki, "sus" işarəsini göstərib. Dünya futbolunda bunu etməyən yoxdur". 

"Operativ Media " xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Dünən "Sabah"a qarşı keçirilən Misli Premyer Liqasının 8-cı turunun matçından (3:2) sonra təşkil edilən mətbuat konransında Ağdam klubunun çalışdırıcısı Bayramovun vurduğu qoldan sonrakı jestinə münasibət bildirib.

Onun fikrincə, T.Bayramov bunu azarkeşlərə hörmətsizlik göstərmək üçüb etməyib: "Mümkün deyil ki, Toral bunu azarkeşlərə etsin. Bu cür provokasiyaya getmək lazım deyil. Azarkeşlərə də bunu hansısa formada çatdırmaq lazım deyil. Çünki hansısa kiçik fikir komandaya, futbolçuya olan inamı itirə bilər. Belə suallar da vermək lazım deyil. Futbolda o qədər belə jestlər var ki. Futbolçudur, qol vurur, bəlkə dostuna, yaxınına edir. Toral həmişə reklamı xoşlayan, özünü sevdirən oyunçudur. Gecə 2-də də müsahibə verir, azarkeşlərə də açıqdır. Belə fikir formalaşdırmaq lazım deyil. Toralı tanıyıram".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər