Menyu

Noyer: "Bavariya" yenidən özünə inam hiss edir

Əziz Əzizli
Noyer: "Bavariya" yenidən özünə inam hiss edir

"Bavariya"nın almaniyalı qapıçısı Manuel Noyer komandanın yeni təyin olunmuş baş məşqçisi belçikalı Vinsent Kompaninin rəhbərliyi altında yeni mövsümə uğurlu başlamasını şərh edib.

"Operativ Media" xəbər verir ki, Noyer bu mövsüm dominant üslubda keçirmək istədiklərini bildirib.

“Bavariya” yenidən özünə inam hiss edir, Kompani bu hissi hər kəsə aşılayır. Rəqibin kim olmasının fərqi yoxdur, biz bu mövsümü dominant üslubda keçirmək istəyirik. Biz yenidən tam bir komandayıq. Son mövsümdə bütün bunlar yox idi”.

Kompani "Bavariya" tarixində komandanın rəhbərliyi altında debüt mövsümünün ilk 6 matçında 29 qol vuran ilk məşqçidir. Bundesliqanın dördüncü turunda "Bavariya" səfərdə "Verder"i 5:0 hesabı ilə məğlub edib.

Teqlər:

"Noyer: \"Bavariya\" yenid\u0259n \u00f6z\u00fcn\u0259 inam hiss edir"

Əlaqəli Xəbərlər