Menyu

Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüşüb

Nərmin Qocamanlı
Mikayıl Cabbarov İraqın ticarət naziri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov "X"də paylaşım edib.

"Görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndirdik. Biznes subyektlərinin əməkdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və infrastruktur layihələrinin icrası istiqamətində birgə fəaliyyətin dəstəklənməsinin əhəmiyyətini vurğuladıq", - nazir qeyd edib.

Fotogalereya

Əlaqəli Xəbərlər