XİN: Ermənistanın COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə məlumat mövcud deyil
"COP29-la bağlı Ermənistan daxil olmaqla bütün ölkələrə dəvət göndərilib".
"Operativ Media" xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Report”a müsahibəsində deyib.
Ayxan Hacızadə bildirib ki, Ermənistanın COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə məlumat mövcud deyil:
"Ancaq Ermənistan tərəfinin COP29 tədbirində iştirak edib-etməyəcəyi barədə Azərbaycan tərəfində hər hansı bir məlumat mövcud deyil", - deyə o bildirib.