Menyu

Çin XİN başçısı BRİKS-ə üzv dövlətlərə çağırış edib

Əziz Əzizli
Çin XİN başçısı BRİKS-ə üzv dövlətlərə çağırış edib

“Ümumi maraqları təmin etmək üçün BRİKS-ə üzv dövlətlər terrorizm və kibercinayətlərlə mübarizədə çoxtərəfli koordinasiyanı gücləndirməlidir”.

"Operativ Media" xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ bildirib.

Onun sözlərinə görə, beynəlxalq təhlükəsizlik vəziyyəti daha da mürəkkəbləşib: “BRİKS dövlətlərinin terrorla mübarizə və kibertəhlükəsizlik məsələlərində oxşar mövqeləri və maraqları var. Konsensus, qarşılıqlı fəaliyyət gücləndirilməli, müvafiq istiqamətdə sabit və genişmiqyaslı əməkdaşlıq təşviq edilməlidir”.

Nazir bildirib ki, BRİKS ölkələri BMT-nin əsas halqası olduğu qlobal idarəetmə sistemini təkmilləşdirməyə çalışmalı və onun daha ədalətli və səmərəli olmasını təmin etməlidir. O, məlumatların təhlükəsizliyi və süni intellekt texnologiyalarının təmin edilməsi üçün birgə işin vacibliyini qeyd edib:

“Maraqlı dövlətlər arasında həmrəyliyin qorunması vacibdir. Biz BRİKS+ modelinin müsbət təsirindən tam yararlanmalı və birləşmə ruhunda daha geniş ölkələri birləşdirməliyik. BRİKS ölkələri daha fəal təcrübə mübadiləsi aparmalı, dialoqu təşviq etməli, potensial inkişaf etdirməli və qlobal cənub ölkələrində terrorizm və kibercinayətkarlıqla mübarizədə ümumi mövqeyi davamlı şəkildə gücləndirməlidir. İkili standartlara, müvafiq məsələlərin siyasiləşdirilməsinə qarşı mübarizə aparmaq lazımdır

Teqlər:

"\u00c7in X\u0130N ba\u015f\u00e7\u0131s\u0131 BR\u0130KS-\u0259 \u00fczv d\u00f6vl\u0259tl\u0259r\u0259 \u00e7a\u011f\u0131r\u0131\u015f edib"

Əlaqəli Xəbərlər