Menyu

Rəsmi Bakı Ermənistanı kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb

Əsəd Abbaslı
Rəsmi Bakı Ermənistanı kommunikasiyaların açılması ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb

Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin “sülh sazişi” və kommunikasiyalar ilə bağlı fikirləri ilə əlaqədar yerli medianın suallarına cavabında deyib.

“Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlər ilə bağlı isə qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, - XİN rəsmisi vurğulayıb.

Teqlər:

"R\u0259smi Bak\u0131 Erm\u0259nistan\u0131 kommunikasiyalar\u0131n a\u00e7\u0131lmas\u0131 il\u0259 ba\u011fl\u0131 \u00f6hd\u0259likl\u0259rini yerin\u0259 yetirm\u0259y\u0259 \u00e7a\u011f\u0131r\u0131b"

Əlaqəli Xəbərlər