Menyu

Baş nazir Əli Əsədov Ukraynanın Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib

Nərmin Qocamanlı
Baş nazir Əli Əsədov Ukraynanın Baş nazirini Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ukraynanın Baş naziri Denis Şmıqala ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, məktubda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğu qeyd edilib. 

Vurğulanıb ki, iki xalqın iradəsindən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. 

Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Teqlər:

"Ba\u015f nazir \u018fli \u018fs\u0259dov Ukraynan\u0131n Ba\u015f nazirini M\u00fcst\u0259qillik G\u00fcn\u00fc m\u00fcnasib\u0259til\u0259 t\u0259brik edib"

Əlaqəli Xəbərlər