Azərbaycan və BMT arasında Bakının COP29-a ev sahibliyi etməsinə dair Saziş yekunlaşdırılıb
Nərmin Qocamanlı
Azərbaycan və BMT arasında Bakının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP) ev sahibliyi etməsinə dair Saziş yekunlaşdırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib.
Bildirilib ki, bu müqavilə ilə Azərbaycanın bütün tərəflərin ehtiyyaclarını və prioritetlərini əks etdirən və bütün səslərin eşidiləcəyi əlçatan, əhatəli və şəffaf konfrans keçirmək öhdəliyi bir daha vurğulanıb.