İrandakı səfirimiz İƏT-in yeni baş katibi ilə görüşüb
Əsəd Abbaslı
Azərbaycanın İrandakı səfiri və İqtisadi Əməkdaşlıq Təşkilatındakı (İƏT) daimi nümayəndəsi Əli Əlizadə Tehranda qurumun yeni baş katibi Əsəd Məcid Xan ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“İƏT-nin yeni baş katibi Əsəd M. Xan ilə görüşməkdən şadam. Biz İƏT-nin rolunun daha da gücləndirilməsi, eləcə də Azərbaycanla fəal əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikir mübadiləsi apardıq”, - Ə.Əlizadə yazıb.
Səfir həmçinin yeni baş katibə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Teqlər:
"\u0130randak\u0131 s\u0259firimiz \u0130\u018fT-in yeni ba\u015f katibi il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"