Menyu

İlham Əliyev: Azərbaycanda tədris rus dilində olan 324 məktəb fəaliyyət göstərir

Nərmin Qocamanlı
İlham Əliyev: Azərbaycanda tədris rus dilində olan 324 məktəb fəaliyyət göstərir

Azərbaycanda rus dilində tədris olunan 324 məktəb var.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Rusiya lideri Vladimir Putinlə danışıqların yekunu üzrə mətbuata açıqlamasında deyib.

“Azərbaycanda tədris rus dilində olan 324 məktəb var ki, orada 160 minə yaxın şagird rus dilini ikinci dil kimi öyrənir”.

O, həmçinin qeyd edib ki, respublikanın 26 ali məktəbində rus dilində kafedralar fəaliyyət göstərir ki, burada 15 mindən çox tələbə təhsil alır.

Dövlət başçısı xatırladıb ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialları uğurla fəaliyyət göstərir.

"Bu gün biz təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi məsələsini də müzakirə etdik", - İlham Əliyev əlavə edib. 

Teqlər:

"\u0130lham \u018fliyev: Az\u0259rbaycanda t\u0259dris rus dilind\u0259 olan 324 m\u0259kt\u0259b f\u0259aliyy\u0259t g\u00f6st\u0259rir"

Əlaqəli Xəbərlər