Menyu

Vladimir Putin: Moskva və Bakının birgə fəaliyyətinin istiqamətləri çoxdur

Nərmin Qocamanlı
Vladimir Putin: Moskva və Bakının birgə fəaliyyətinin istiqamətləri çoxdur

Moskva və Bakının birgə fəaliyyətinin istiqamətləri çoxdur.

"Operativ Media" xəbər verir ki, bu sözləri Rusiya Lideri Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə deyib.

Rusiya dövlətinin başçısı qeyd edib: “İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz ki, 4 milyarddan bir az çox (illik əmtəə dövriyyəsi - red.) yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialına uyğun deyil. Həqiqətən burada təkcə energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur. Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 127 müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil”.

Teqlər:

"Vladimir Putin: Moskva v\u0259 Bak\u0131n\u0131n birg\u0259 f\u0259aliyy\u0259tinin istiqam\u0259tl\u0259ri \u00e7oxdur"

Əlaqəli Xəbərlər