Menyu

Azərbaycan iqtisadiyyatı böyüyüb

Nərmin Qocamanlı
Azərbaycan iqtisadiyyatı böyüyüb

Cari ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 544 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən "Operativ Media"ya bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.

ÜDM istehsalının 38,4 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,7 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib. 

Əhalinin hər nəfərinə düşən ÜDM 6921,4 manata bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər