Ana səhifə / Cəmiyyət / Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində 17 nəfər həlak olub Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində 17 nəfər həlak olub 09.10.2022, 09:03 Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə raket hücumu nəticəsində azı 17 sakin həlak olub, daha 40 nəfər yaralanıb. “Operativ Media" xəbər verir ki, bu barədə “RBK-Ukraina” Zaporojye şəhər şurasının katibi Anatoli Kurtevə istinadən xəbər yayıb. Zərbələr nəticəsində şəhərin özəl sektorunun yaşayış binalarına və küçələrinə ziyan dəyib. "İlkin məlumatlara görə, 5 fərdi ev uçub, 40-a yaxın evə ziyan dəyib. Hazırda 17 nəfərin öldüyü məlumdur", - Kurtev qeyd edib. O, sakinləri dağıntıları təmizləməyə kömək etməyə çağırıb. Xatırladaq ki, Rusiya hərbçiləri gecə ərzində Zaporojyeni iki dəfə raket atəşinə tutublar.
02.03.2026, 11:55 Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft emalı zavodu dron hücumundan sonra fəaliyyətini dayandırıb